Mahir "Legiya"ya tarixi qələbə qazandırdı - VİDEO

Mahir "Legiya"ya tarixi qələbə qazandırdı - VİDEO
İDMAN
22:46 30.09.2021
1620
Azərbaycan millisinin futbolçusu Mahir Emreli avrokubokların qrup mərhələlərində ilk qolunu vurub.

AZXEBER.COM-un məlumatına görə, 24 yaşlı hücumçu buna İngiltərə "Lester"inə qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda nail olub.

Forvard 31-ci dəqiqəsində fərqlənərək, komandasını hesabda önə keçirib - 1:0.

Qeyd edək ki, hazırda görüşdə ikinci hissə oynanılır. Mahir Emreli 2015-ci ildən 2021-ci ilin yayınadək "Qarabağ"ın formasını geyinib. O, bu müddət ərzində qrup mərhələlərində rəqib qapılarına yol tapa bilməyib.
OXŞAR XƏBƏRLƏR