’Mahir Şükürova bu sözləri deyənlərin ata və anaları bəlli deyil’ - Neftçinin baş məşqçisi

İDMAN
00:32 26.08.2013
2384

“Neftçi” klubunun baş məşqçisi Tərlan Əhmədov “Xəzər Lənkəran”la başa çatan oyundan sonra fikirlərini bölüşüb.

AZXEBER.COM-un İdmanxeber.com-a istinadən həmin açıqlamanı təqdim edir:

“Axşamınız xeyir. Oyunun ağır keçəcəyini bilirdik. Oyun öncəsi ajiotaş və oyunun gedişindəki olanlar həyəcan yaşadırdı. Hər iki komanda bunun təsirində idi. Mübarizəli oyun oldu. Nadir hallarda belə hallar olur. Əxlaqsız söyüşlər pis təsir edir. Futbolçunu təhqir etmək olar, amma bu dərəcədə yox. Azərbaycan Respublikasında 90-cı illərə qədər həyat başqa idi. Bizə deyirdilər ki, baş kəsəndi, adam öldürəndir. Mahirin valideyni təhqir edildi. Mahir Şükürova bu sözləri deyənlərin ata və anaları bəlli deyil. Bu qədər".

OXŞAR XƏBƏRLƏR