Mahirin anası: Evdən bir neçə saatlıq çıxmışdım, mühafizə siqnalını qoşmadım

SOSİAL
21:49 11.09.2019
13576
Xəbər verdiyimiz kimi, Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olunub.

AZXEBER.COM xəbər verir ki, baş vermiş oğurluq hadisəsi ilə bağlı Oxu.Az-ın əməkdaşı Mahir Emrelinin anası Elnurə Emreli ilə əlaqə yaradıb. O, evdən işlə bağlı bir neçə saatlıq çıxdığı üçün mühafizə siqnalını qoşmadığını və nəticədə oğurluq hadisəsi baş verdiyini söyləyib:

"Saytlar mənim adımdan həqiqəti əks etdirməyən məlumatlar yazıblar. Bu, evimizin oğurlanması ilə bağlı verdiyim ilk və son müsahibəmdir. Bildirmək istəyirəm ki, ev mənə məxsusdur. Oğurluq hadisəsi günorta saatlarında baş verib. Saat 12:00 radələrində işim olduğu üçün evdən çıxmalı idim. 15:00-a qədər qayıdacağımı bilirdim deyə, mühafizə siqnalını qoşmadım və evdən çıxdım. Əgər mühafizə xidmətinə qoşulsaydı, mühafizə polisi evdə hərəkətin olduğunu dərhal bilərdi. Mən də tez qayıdacağımı bildiyim üçün buna diqqət etmədim. İşdən qayıdıb gələndə gördüm ki, evimiz naməlum şəxs və ya şəxslər tərəfindən qarət olunub".

Anar Mədətov isə redaksiyamızın əməkdaşı ilə söhbətində bildirib ki, oğlu Mahir ona ev məsələsi ilə bağlı heç bir söz deməyib. Onların ailəsində "kupça" məsələsi ilə bağlı mübahisə olmayıb, hazırda isə başları oğurluq məsələsinə qarışıb. Bəzi saytlarda yazılan məlumatlar isə dezinformasiya xarakteri daşıyır.

Qeyd edək ki, məşhur futbolçu Mahir Emrelinin Sulutəpə qəsəbəsində yaşadığı evdən 20 min dollar, 17 min manat, 3 mobil telefon və beş min manatlıq qızıl əşyaları oğurlanıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

11:35 30.10.2020

Təhsil naziri müəllimlərin “WhatsApp”da dərs keçməsindən danışdı

11:33 30.10.2020

Hikmət Hacıyev: “Danışıqlar prosesi o zaman uğurlu olar ki, normal danışıqlar apara biləcəyiniz tərəf olsun”

11:27 30.10.2020

Qiymət və davamiyyətə görə şagirdlərin sinifdə saxlanılması nəzərdə tutulmur

11:26 30.10.2020

Müdafiə Nazirliyi: Azərbaycan tərəfinin hücum cəhdi olmayıb

11:25 30.10.2020

Təhsil naziri: "İstifadəyə verəcəyimiz platformalar VPN-siz işləyəcək"

11:16 30.10.2020

Prezidentin köməkçisindən İranın münaqişənin həllindəki rolu ilə bağlı AÇIQLAMA

11:15 30.10.2020

Nazir: "Ermənistanın təcüvüzu nəticəsində 9 şagird həlak olub"

11:12 30.10.2020

Düşmən Göygöl və Goranboyu yenidən atəşə tutdu: Meşələrdə yanğın başladı - RƏSMİ

11:11 30.10.2020

Hikmət Hacıyev: “Ermənistana qarşı tədbir görülməsi üçün Avropa Məhkəməsinə müraciət edəcəyik”

10:59 30.10.2020

Hücum etmək istəyən düşmənin qarşısı alındı: İtki verən işğalçılar geri çəkildi - RƏSMİ

10:57 30.10.2020

Ermənistanda koronavirusa yoluxanların sayı Çini ötdü

10:50 30.10.2020

Ermənistan ordusunun polkovniki məhv edildi

10:26 30.10.2020

Bərdədəki terrorla bağlı dünya ölkələrinin konstitusiya məhkəmələrinə müraciət edildi

10:24 30.10.2020

Bərdə faciəsi: Bir bacının ürək dağlayan göz yaşları - VİDEO

10:07 30.10.2020

Bərdəni atəşə tutan "Smerç" belə məhv edildi - VİDEO

09:56 30.10.2020

"Human Rights Watch" Bərdəyə kasetli döyüş sursatları atıldığını təsdiqlədi