Mahmud Abbas HƏMAS-ı satdı: "Xalqın yeganə nümayəndəsi FAT-dır"

Mahmud Abbas HƏMAS-ı satdı: "Xalqın yeganə nümayəndəsi FAT-dır"
DÜNYA
11:44 16.10.2023
217
Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra bölgədə başlayan qarşıdurmalar getdikcə şiddətlənərkən Fələstin Prezidenti Mahmud Abbasdan diqqətçəkən açıqlama gəlib.

AZXEBER.COM Türkiyənin "haberler.com" informasiya portalına istinadən xəbər verir ki, HƏMAS-ın hərəkətlərinin Fələstin xalqını təmsil etmədiyini bildirən Mahmud Abbas "Fələstin xalqının yeganə nümayəndəsi Fələstin Azadlıq Təşkilatıdır", - deyib.

Venesuela prezidenti Nikolas Maduro ilə telefon danışığı aparan Abbas HƏMAS-ın Fələstin xalqını təmsil etmək səlahiyyətinin olmadığını ifadə edərək, "İşğala son verəcək siyasi həllin zəruriliyidir. Fələstinin yeganə qanuni nümayəndəsi Fələstin Qurtuluş Təşkilatı qərarları, proqramları və siyasətləri ilə xalqdır", - deyə bildirib.

İsrailin Qəzzaya hücumlarının dərhal dayandırılması və təcili humanitar yardım dəhlizlərinin açılması lazım olduğunu haqda da danışan prezident bildirib:

"İsrailin Qəzzaya hücumu dərhal dayandırılmalıdır. Fələstinlilər qorunmalı, Qəzzada və vətəndaşlara humanitar yardım dəhlizlərinin açılmasına icazə verilməlidir. Su, işıq və yanacaq çatdırılmalıdır".

Qeyd edək ki, indiyədək Qəzzadan həyata keçirilən hücumlarda 1300 israillinin öldüyü, 3436 israillinin yaralandığı bildirilib. Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində Qəzzada 2670 nəfərin öldüyünü, 9600 nəfərin isə yaralandığını açıqlayıb.

İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində 56 fələstinlinin öldüyü, təxminən 619 nəfərin yaralandığı bildirilib. İsrailin hücumlarında Qəzzada 9, Livanda isə 1 jurnalist həyatını itirib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR