Misirin paytaxtı Qahirədə keçirilən İslam Əməmkdaşlıq Təşkilatının sammitində çıxış edən Fələstin muxtariyyətinin lideri Mahmud Abbas böyük səhvə yol verib. Çıxış üçün söz verilən Mahmud Abbas Misirin prezidenti Muhamməd Mursi əvəzinə sabiq ölkə rəhbəri Hüsnü Mübarəkin adını tələffüz edib. “Misir ərəb respublikasının prezidenti zati aliləri Muhamməd Hüsnüyə təşəkkür edirəm”.Səhvini başa düşərək sürətlə düzəldən Abbas, “Zati aliləri Muhamməd Mursiyə təşəkkür edirəm” – deyib.Fələstin liderinin bu səhvi bəzi sammit iştirakçıları tərəfindən gülün qarşılanıb və onlar öz təbəssümləri ilə bunu büruzə veriblər.