Suriyada azadlıq mahnısı oxuyan kiçik bir qız bombardıman nəticəsində xəsarət alıb. Hadisə Humus şəhərində Əsədə müxalif qüvvələrin keçirdiyi etiraz aksiyasında baş verib. Kamera qarşısında mahnı oxuyan qız bomba atılması ilə xəsarət alaraq yıxılır. Yaralı qızın aparılması həvəskar kamera ilə çəkilsə də onun sonrakı aqibəti barədə məlumat verilməyib.