"Mahnılarımı istedadsız ifaçılara vermirəm" - ELÇİN

MAQAZİN
20:28 24.02.2025
185
"İfaçı olmaqla yanaşı, mahnı da yazıram. Amma mahnılarımı istedadsız insanlara vermirəm".
 
AZXEBER.COM xəbər verir ki, bunu "Həmin Zaur" verilişinə qonaq olan müğənni Elçin Cəfərov deyib.

Sənətçi, istedadsız müğənnilərə məsləhət də verib:
 
"40 yaşım var və hazırda həyatımın ən gözəl çağını yaşayıram. Mahnı oxumaqla yanaşı, bəstələrim də var. Onları çalışıram ki, istedadsız insanlara verməyim. Yaradıcı insanlar bir az tənbəl olur. Gərək onu kimsə tərpətsin ki, dur işlə. Ümumiyyətlə istedadsız insan niyə müğənni olmalıdır ki? Getsin özünə başqa iş tapsın".

Qeyd edək ki, Elçin Cəfərov  "Millətəm" , "Bu bizə yaraşmaz", "Təhlükəli", "Söylə", "Mənə onu çağırın gəlsin" kimi hitlərin musiqi müəllifidir.

Onun bəstələrini Gülay Zeynallı, Günay İbrahimli, Sevda Yahyayeva, Lalə Məmmədova kimi sənətçilər ifa edib.

Aysel
OXŞAR XƏBƏRLƏR