AZXEBER.COM-un məlumatına görə, sosial şəbəkələrdə müğənninin mahnısın plaqiat olduğu haqda məlumatlar yayılıb. Belə ki, bəzi istifadəçilər mahının plaqiat olduğunu və bu tip mahnının başqa müğənnilər tərəfindən də ifa edildiyini yazıblar.
Belə ki, bundan öncə Röyanın "Doldur ürəyimi", Sevdanın "Yanlış adam", Səidə Sultanın "Hərdən arada" və Aygün Kazımovanın bir neçə mahnısının eynitipli olduğu qeyd olunub.
Musiqi Hakan Erola, sözləri Leyli İsrafilovaya məxsus olan “At gəl” mahnısının həqiqətən də oğurluq olub-olmadığını öyrənmək məqsədilə müğənni ilə əlaqə saxladıq.
Səbinə Əskərova AZXEBER.COM-a açıqlamasında bu haqda məlumatsız olduğunu və bu söz-söhbəti yayanların onu gözü götürməyənlər olduğunu dedi: “Mən ancaq yaradıcılıqla məşğulam, dedi-q oduya, qalmaqala vaxtım yoxdur. Mənim yeni “At gəl” mahnım da böyük maraqla qarşılanıb, adicə “youtube”də mahnımı bir neçə gün ərzində 10 minə yaxın insan dinləyib. Radiolarda bu mahnım səslənir. Bu söz-söhbəti yayanlar məni sevməyən insanlardı. Müğənni mahnının plaqiat olmadığını da vurğulayıb:
Bu mahnını Leyli İsrafilova və Hakan Erol yayıb. Bu necə plaqiat ola bilər? Əgər mən mahnının plaqiat olduğunu bilsəm, oxumazdım. Ancaq əminəm ki, bu oğurluq mahnı deyil. Adını çəkdiyiniz müğənninin bu janrda mahnısı olduğunu da ilk dəfə sizdən eşidirəm. Həm də mən bu mahnını 4 il öncə almışam”
Müğənni Səbinə Əsgərovanın “At gəl” mahnısını təqdim edirik: