Mahsun Kırmızıgül 8 ildən sonra yeni serial çəkəcək

Mahsun Kırmızıgül 8 ildən sonra yeni serial çəkəcək
DÜNYA
09:50 25.09.2023
431
2015-ci ildə "Şehrin Melekleri" adlı seriala çəkilən Mahsun Kırmızıgül yeni layihəsinə hazırlaşır.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mahsun Kırmızıgül hələ kanalı bəlli olmayan serialın həm prodüser ortağı, həm də baş rejissoru olacaq.
 
Siz Film və MedYapımın birgə istehsal edəcəyi serialın kod adı G.A.D. olacaq.

Aktyor danışıqlarına başlanılan serialın Kapadokya və Qara dənizdə çəkilişləri planlaşdırılır.
 
G.A.D. Kod adlı serialın ssenarisini daha əvvəl "Aşk Günde” və "Hercai” filmlərini yazan Feraye Şahin yazır.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR