Mahsun Kırmızıgül haqqındakı ölüm xəbərlərinə reaksiya verdi

Mahsun Kırmızıgül haqqındakı ölüm xəbərlərinə reaksiya verdi
MAQAZİN
15:18 15.04.2024
170
Türkiyəli tanınmış aktyor, müğənni Mahsun Kırmızıgül ölməsi iddialarına münasibət bildirib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni sosial şəbəkədə yayılan ölüm xəbərinə üsyan edib.

Kırmızıgül sosial media hesabındakı paylaşımında "Sadəcə layk almaq üçün sosial mediada mənimlə bağlı yalançı ölüm xəbəri vermək ayıbdır. Dostlar, mən sağam və sağlamam. Gələn cümə günü səhnəyə çıxacağam. Yıxılmadım, ayaqdayam”, - deyə aktyor paylaşımında qeyd edib.
 
Aktyorun həmin paylaşımını təqdim edirik:
 
Mikayıl
 

 


OXŞAR XƏBƏRLƏR