Mahsun Kırmızıgül kassa rekoru qırdı

Mahsun Kırmızıgül kassa rekoru qırdı
MAQAZİN
20:48 25.08.2025
270
21 illik fasilədən sonra yenidən "Harbiye"də konsert verməyə hazırlaşan Mahsun Kırmızıgül kassa rekordları qırmağa hazırlaşır. 

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, sentyabrın 6-da pərəstişkarları ilə görüşəcək tanınmış sənətçinin biletləri sürətlə tükənib.

 Kırmızıgülü ön cərgədən görmək istəyənlər bilet üçün 44 min lirə ödəyərkən, digər 28 min və 23 min lirəlik yerlərin də hamısı satılıb.

5200 nəfər tutumlu "Harbiye" konserti üçün bütün biletlər demək olar ki, tamamilə satılıb.

Bu da son zamanlar konsert verən sənətçilərin kassa rekordunun qırılması deməkdir.
 
Aysel
OXŞAR XƏBƏRLƏR