Mahsun Kırmızıgül ssenarisini yazdığı və qruluşçu rejissoru olduğu “Hayat devam ediyor” serialı üçün yeni musiqi səsləndirib. AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, “Küçük gəlin” mahnısı Türkiyədə yalnız bir həftədə “Youtube”da 330 min dəfə dinlənilib.
Qeyd edək ki, 5 il sonra studiyaya girən Mahsun Kırmızıgül axırıncı dəfə “Beyaz Melek” filminin musiqilərini səsləndirmişdi.