Xəbər verdiyimiz kimi, Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.
Prezidentin bu sərəncamından sonra bəzi jurnalistlər BNA-nın sözcüsü Mais Ağayev haqda tənqidi fikirlər səsləndirib.
Onlar Mais Ağayevin media ilə işi düzgün qura bilmədiyini yazıblar.
Mais Ağayev AZXEBER.COM-a açıqlamasında məsələ ilə bağlı danışmaq istəmədiyini deyib:
"Nəqliyyatla bağlı, BNA ilə bağlı, şəhər nəqliyyat sistemi ilə bağlı sualınız varsa, mən hər zaman cavablandırmağa hazıram. İşim nəqliyyatla bağlı olan sualları cavablamaqdır. Kim sevinir, kim nə edir, Allah köməkləri olsun, mən nə deyə bilərəm ki?"
Aydın Nuri