Makiyaj qadınların xarakteri barədə nə deyir? - SİYAHI

MARAQLI
12:20 04.05.2013
6324

Dahi filosoflardan olan P.Kok deyib : “Siz qadının üzünə söyə, onu pisləyə bilərsiniz, ona xəyanət edə bilərsiniz, hətta onu müflis edib quru yerdə qoya bilərsiniz – o, sizi bağışlayar. Amma siz onun zahiri görkəmini lağa qoyarsınızsa, o, ömrü boyu sizə nifrət edər” .

Bu fikirdən belə başa düşmək olar ki, hər bir qadın üçün onun xarici görkəmi olduqca önəmli və vacibdir. Yəni, xanımlar yaşından, zamanından asılı olmayaraq, həmişə gözəl, cəlbedici, diqqət mərkəzində olmaq üçün çalışırlar. Yəqin, mənimlə razı olarsınız ki, bu işdə biz xanımlara bir çox vasitələr yardımçı olur. İdeal gözəl görünməyimiz üçün geyimimiz, istifadə etdiyimiz aksesuarlar son dəbə uyğun olmalıdır. Və ən əsası qadının gözəl görünməyində rol oynayan lazımlı amillərdən biri də makyajdır. Əsasən,18-19 yaşlarından başlayaraq, xanımlar kosmetik vasitələrdən gündəlik, bayramlarda, ad günləri – toylarda və digər tədbirlərdə istifadə edirlər. Məqsədim sizə makyaj haqqında bilmədiyiniz məlumatları verməkdir. Daha doğrusu, siz heç bilirsinizmi makyaj qadın xarakteri barədə nələri deyir? Əgər xəbəriniz yoxdursa, o zaman diqqətlə aşağıdakıları oxuyun.

1.Makyajın yoxluğu – Bəzən qadınlar müxtəlif səbəblərdən kosmetik vasitələrdən imtina edirlər. Əgər kosmetikadan imtina etməyin ciddi səbəbi yoxdursa, o zaman belə demək olar ki, həmin qadın özünə az dəyər verir. Belə xanımlar qadınlığın tərəfdarı olmur, özlərinə fikir vermirlər. Çünki onlar kariyera ilə məşğuldurlar və düşünürlər ki, bu işlərə zaman xərcləmək olmaz. Yaxud, qız uşaqlıq vaxtından ancaq qarşı cinsin nümayəndəri ilə dostluq edibsə, böyüyəndə kosmetika etmək ona yad gəlir. Kişi kollektivində çalışan xanımlar hərdən qadına xas olan keyfiyyətləri – zərifliyi, işvə- nazı unudurlar, özlərini kişi kimi aparırlar. Makyajın yoxluğu nu həm də feminizmin əlaməti kimi qiymətləndirirlər. Belə ki, kişi ilə eyni səviyyədə olmaq istəyi zərif cinsin bəzi nümayəndələrini makyajdan imtina etməyə sövq edir. Xüsusilə, eqosentrik, eqoyist xanımlar bu cür addım atırlar. Onlar hesab edirlər ki, Yer kürəsi onların ətrafında fırlanır. Və gözəl görünmək üçün heç də kosmetik vasitələrdən istifadə etmək lazım deyil. “Mən necə varamsa, eləyəm” prinsipilə yaşayan qadınlar təbii gözəlliyə üstünlük verir və ətrafdakılara dürüst olmaq, xarici görkəmi bəzəməklə kişiləri aldatmamağın zəruri olduğunu düşünürlər.

2.Az və təbii makyaj – Bu cür makyaj edən qadınlar kirpiklər üçün tuş və dodaqlar üçün boya parıltısından istifadə etməklə kifayətlənirlər. Amma onu da deyək ki, bu qadınlar arasında cəlbedici və ehtiraslı xanımlara rast gəlmək bir az qeyri- mümkündür. Çünki onlar diqqət mərkəzində olmağı sevmirlər. Kişilərin rəğbətini, sevgisini xarici görkəmlə deyil, ağılla qazanmağa üstünlük verirlər.

3.Parlaq, kobud və həddindən artıq cəlbedici makyaj – Qadınların bu cür makiyaj etməsi heç də səbəbsiz deyil. Belə ki, onlar xarici görkəmlərindəki eyibləri, qüsurları kosmetik vasitələrlə ört- basdır eləməyə çalışırlar. Psixoloqların fikrincə, birdən- birə parlaq makyaja keçən qadınlar mütəmadi olaraq daxili narahatlıq keçirirlər və əhvalları o qədər də ürəkaçan olmur. Bəzən isə xanımlar yenilik etmək, xarici görkəmlərində dəyişiklik etmək arzusunda olduqları üçün bu növ makyajdan istifadə edirlər.

4.Daim eyni makyaj- İllər boyu dodaq boyalarının rəngini dəyişməyən qadınlar dəyişiklikləri o qədər də sevmirlər. Onlar klassikanın tərəfdarıdırlar. Hələ gənc yaşlarından özlərinə uyğun olanı seçir və simalarında hər hansı dəyişiklik etməkdən imtina edirlər. Onlar istənilən yerə eyni makyajda gedirlər.

5.Stilistdən peşəkar makyaj – Hədiyyə almağı,sürprizləri sevən, əyləncəli – yumoristik,romantik xanımlar peşəkarların xidmətlərindən yararlanmağa üstünlük verirlər. Bəzi vaxtlarda isə tərəddüdlü, özünə inamı olmayan qadınlar da peşəkarlara üz tutur. Belə xanımların özlərinə güvənləri az olduğu üçün onlar simalarını stilistlərə əmanət edirlər.

6.Gözlər qəlbin aynasıdır – Gözlərilə nəyisə demək istəyən qadınlar kosmetik vasitələrdən istifadə edərkən gözlərinin daha gözəl görünməyinə çalışırlar. Onlar gözlərilə qəlblərindən keçənləri anlatmaq istəyirlər. Belə qadınlar diqqətli və müşahidəçidirlər. Onlar səbirlə dinləməyi bacarır, hislərini və emosiyalarını gizlətməklə yanaşı, kişiləri daha yaxşı başa düşə bilirlər.

7.Dodaqlarda vurğu – Dodaqlarını parlaq rənglərlə ayıran xanımlar sentimental, həssas və ünsiyyətcildirlər. Onlar nazlı – qəmzəli olurlar. Eyni zamanda,özləri haqqında danışmağı və başqalarının dilindən təriflər eşitməyi həddindən artıq çox sevirlər.

İllər ötdükcə, günlər–aylar bir-birlərini qovaladıqca moda, dəb aləmi də dəyişir. Və xarici görkəminə diqqət verən, hər zaman, hər yerdə şarmlı, füsünkar görünmək istəyən qadınlar mütəmadi olaraq dəbi izləyirlər. Stilə, zamana, dəbə uyğun geyinmək, gözəl görünmək yaxşıdır. Amma ən ideal variant özümüzə yaraşanı axtarıb ta dan sonra təbiiliyə, təbii gözəlliyə önəm verirlər. Amma pmaqdır. Kosmetik vasitələr qadınlara sadəcə müəyyən yaş dövründə lazımdır. Müəyyən vaxtdan sonra, xanımlar yaşa dolduqca makyaj onlar üçün o qədər də əhəmiyyətli deyil. Nədənsə qadınlar yaşlandıq deyirlər ki, dünyanı gözəllik xilas edəcək. Digər tərəfdən baxsaq, məsələyə yanaşma başqadır : “Qadının zahiri gözəlliyi müvəqqəti, daxili gözəlliyi isə daimidir”.

Ayşə İsazadə 

OXŞAR XƏBƏRLƏR