İrlandiyalı döyüşçü Konor Makqreqor prinsial rəqibi Həbib Nurmaqomedova təhqiramiz mesaj göndərib.
AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, özünün rəsmi İnstagram səhifəsinin "History" bölməsində öz şəklini paylaşan Konor bu sözləri yazıb: "Kiçik siçovul, mən gəlirəm".
"The Sun" nəşri yazır ki, UFC prezidenti Dana Uayt Makreqorun Həbiblə revanş döyüşünə hazırlaşdığını deyib. Belə bir döyüşün 2020-ci ilin sonlarında keçirilə biləcəyi ehtimalı var. Hələlik bununla bağlı UFC rəsmi qərar verməyib.
Əlavə edək ki, yanvarın 18-də ABŞ-ın Las-Veqas şəhərində təşkil olunacaq UFC 246 turniri çərçivəsində Konor Makqreqorun Donald Serrone ilə görüşü olacaq.
Xatırladaq ki, 2018-ci ilin oktyabrın 6-da Həbiblə Konorun döyüşü keçirilib. Döyüşün dördüncü raundunda dağıstanlı idmançı qələbəni təmin edib.