Makron: "ABŞ və Avropada Ukraynaya dəstəklə bağlı tərəddüd var"

Makron: "ABŞ və Avropada Ukraynaya dəstəklə bağlı tərəddüd var"
DÜNYA
14:54 21.12.2023
277
ABŞ və Avropa ölkələrinin hökumətləri Ukraynaya dəstəyin davam etdirilməsinin məqsədəuyğunluğuna şübhə edirlər.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron "France-5”ə müsahibəsində deyib.

O bildirib ki, Ukraynaya dəstək davam etdirilməlidir: "Avropada şübhələr var. Hiss olunur ki, ABŞ da tərəddüd edir. Amma biz Kiyevin təhlükəsizliyini dəstəkləməyə və gücləndirməyə davam etməliyik”.

E.Makron söyləyib ki, Ukraynanın dəstəklənməsi Avropaya sülh şəraitində yaşamağa imkan verəcək: "Biz Rusiya ilə müharibə aparmırıq. Amma Rusiyanın qalib gəlməsinə imkan verməməliyik”.

Fransa lideri ölkəsinin mühüm qərarlar qəbul edəcəyini deyib, lakin detalları açıqlamayıb.

Qeyd edək ki, son bir neçə ayda Qərbdə Ukraynaya yardımla bağlı problemlər yaranıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V.Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Silahlı şəxslər Tripolidə Liviya Hesablama Palatasının binasını ələ keçiriblər
23:47 21.10.2026
Silahlı şəxslər Tripolidə Liviya Hesablama Palatasının binasını ələ keçiriblər
ÇL: “Komo” öz meydanında “Mançester Yunayted”i darmadağın edib
23:43 21.10.2026
ÇL: “Komo” öz meydanında “Mançester Yunayted”i darmadağın edib
Leyla Əliyeva Özbəkistan və Türkiyənin birinci xanımları ilə görüşüb - Yenilənib
23:36 21.10.2026
Leyla Əliyeva Özbəkistan və Türkiyənin birinci xanımları ilə görüşüb - Yenilənib
Kütləvi iğtişaşlardan sonra silaha tələbat artıb
23:30 21.10.2026
Kütləvi iğtişaşlardan sonra silaha tələbat artıb
Azərbaycanla Macarıstan arasında hüquq sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
23:23 21.10.2026
Azərbaycanla Macarıstan arasında hüquq sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
Fransa neft terminalını qorumaq üçün Səudiyyə Ərəbistanına hərbi vasitələr göndərəcək
23:10 21.10.2026
Fransa neft terminalını qorumaq üçün Səudiyyə Ərəbistanına hərbi vasitələr göndərəcək
Aİ rəsmiləri "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin üzvləri ilə görüşüblər
23:02 21.10.2026
Aİ rəsmiləri "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin üzvləri ilə görüşüblər
Çempionlar Liqası: “Qalatasaray” ilk qələbəsini qazanıb, “Mançester Yunayted” böyük hesabla uduzub
22:59 21.10.2026
Çempionlar Liqası: “Qalatasaray” ilk qələbəsini qazanıb, “Mançester Yunayted” böyük hesabla uduzub
Türkiyədə yaşayış binası çökdü: Ölən və yaralanan var
22:52 21.10.2026
Türkiyədə yaşayış binası çökdü: Ölən və yaralanan var
Kreml Putin-Uitkoff görüşündə nələrin müzakirə olunduğunu açıqladı
22:44 21.10.2026
Kreml Putin-Uitkoff görüşündə nələrin müzakirə olunduğunu açıqladı
Sabah bu ərazilərdə işıq olmayacaq
22:21 21.10.2026
Sabah bu ərazilərdə işıq olmayacaq
ABŞ Yunanıstan və Panamada ofisləri olan şirkətə sanksiya tətbiq etdi
22:15 21.10.2026
ABŞ Yunanıstan və Panamada ofisləri olan şirkətə sanksiya tətbiq etdi
Tramp: Stiven Habbard və ailəsi Rusiyadan ABŞ-yə qayıdır
22:02 21.10.2026
Tramp: Stiven Habbard və ailəsi Rusiyadan ABŞ-yə qayıdır
Mask ABŞ senatorlarını hədələdi
21:53 21.10.2026
Mask ABŞ senatorlarını hədələdi
Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
21:46 21.10.2026
Əraqçi: ABŞ müharibəni seçərsə, strateji məğlubiyyətə uğrayacaq
BMT Ukrayna üzrə üçtərəfli danışıqlar planlarını dəstəkləyib
21:39 21.10.2026
BMT Ukrayna üzrə üçtərəfli danışıqlar planlarını dəstəkləyib