Makron: “Biz böyük böhranlardan keçirik”

Makron: “Biz böyük böhranlardan keçirik”
DÜNYA
13:23 27.10.2022
199
Fransa prezidenti Emmanuel Makron böhran mühitindən keçdiklərini bildirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "France 2” kanalında qonaq olan Makron "Böhranlardan keçirik” deyərək, Avropada baş verən müharibənin enerji və qiymətlər üzərində fəsadları olduğunu qeyd edib.

Bundan əlavə, Makron, Fransada inflyasiyanın təxminən 6,5 faiz, Avrozonada isə təxminən 10 faiz olduğunu bildirib. Ev təsərrüfatları üçün elektrik və qaz qiymətlərində artımın 2023-cü ilin ilk aylarında ən çox 15 faiz olacağını xatırladan Makron, bu qalxan qiymət tətbiqinin kiçik şirkətləri də əhatə edəcəyini bildirib.

Makron, 2023-cü ilin yayından başlayaraq pensiya yaşının hər il 4 ay təxirə salınmalı, 2031-ci ildə pensiya yaşının 65-ə çatması lazım olduğunu da qiymətləndirib. 

Ayşən
OXŞAR XƏBƏRLƏR