Makron bu həftə Ukraynaya səfər edəcək

Makron bu həftə Ukraynaya səfər edəcək
DÜNYA
21:21 13.06.2022
370
Fransa Prezidenti Emmanuel Makron bu həftə Ukraynaya səfər etməyi planlaşdırır.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Fransanın Ukraynadakı səfirinin birinci müşaviri Bruno Kassanel deyib.

Kassanelin sözlərinə görə, səfər çərşənbə günü, iyunun 15-nə planlaşdırılıb. Makron Moldovaya səfərindən sonra Ukraynaya gedəcək.

Fransa dövlət başçısının Ukraynaya sonuncu səfəri bu il fevralın 8-də olub.
OXŞAR XƏBƏRLƏR