Makron Durovun həbsindən xəbərsiz imiş?

DÜNYA
22:57 29.08.2024
301
Fransa Prezidenti Emmanuel Makrona, eləcə də ölkənin Xarici İşlər Nazirliyinə teleqramın yaradıcısı Pavel Durovun həbsi ilə bağlı əvvəlcədən xəbərdarlıq edilməyib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, Durovun özünün də həbs əmrindən xəbəri olmayıb.

Xatırladaq ki, P.Durov avqustun 24-də Parisdə hava limanında saxlanmışdı. Avqustun 28-də isə o, məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Paris Prokurorluğu Durovu 6 qanun pozuntusunda, o cümlədən qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə edilməsində ittiham edir.
"O, 5 milyon avro məbləğində girov ödəmək, həftədə iki dəfə polis bölməsinə məlumat vermək öhdəliyi ilə məhkəmə nəzarəti altına alınıb və ona Fransa ərazisini tərk etmək qadağan edilib”, - prokurorluğun açıqlamasında bildirilir.
OXŞAR XƏBƏRLƏR