Fransa prezidenti Emmanuel Makron baş nazir postuna təklif etdiyi Lusi Kastesin namizədliyini qəbul etməyib.
AZXEBER.COM "Euronews"a istinadən xəbər verir ki, bunu Makron "France 2" telekanalına açıqlamasında deyib.
O bildirib ki, yeni hökumət avqustun ortalarına qədər qurulmayacaq.
Diqqətin 2024-cü il Paris Olimpiadasına yönəlməsi lazım olduğunu deyən Makron bu həftə başlayacaq yarış zamanı hazırkı kabinetin müvəqqəti olaraq vəzifədə qalacağını açıqlayıb.
Qeyd edək ki, ötən həftə Paris meriyasının maliyyə məsələləri üzrə yüksək vəzifəli dövlət məmuru Lüsi Kastes baş nazirliyə namizədliyi irəli sürülüb.