Fransa Prezidenti Emmanuel Makron evtanaziyanın (sağalmaz xəstəlikdən əziyyət çəkən və dözülməz ağrılar keçirən bir insanın həyatına öz istəyi ilə tibbi yolla son qoyulması prosesi) leqallaşdırılması haqqında qanunu imzalayıb.
AZXEBER.COM Fransa mediasına istinadən xəbər verir ki, sənəd "Rəsmi bülleten"də dərc olunub.
Sənəd ötən həftə Konstitusiya Şurası tərəfindən təsdiqlənib.
Milli Assambleya qanun layihəsini təsdiqləyib - 291 deputat lehinə, 241 deputat isə əleyhinə səs verib.
Hazırda müvafiq qanun bir sıra ölkələrdə - Belçika, Niderland, İsveçrə, Kanada və Uruqvayda qəbul edilib.











































