Makron: “İşlər nəzarətdən çıxanda interneti kəsəcəyik”

Makron: “İşlər nəzarətdən çıxanda interneti kəsəcəyik”
DÜNYA
11:56 05.07.2023
187
Fransa mətbuatında yer alan xəbərə görə, Fransa prezidenti Emmanuel Makron Yelisey sarayında sürücü Nael M-nin öldürülməsinə reaksiya olaraq başlayan nümayişlərdən bölgələri təsirlənən bələdiyyə başçıları ilə görüşüb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron sosial media şəbəkələrindəki qadağalara diqqət yetirməli olduqlarını ifadə edib.

O, işlər nəzarətdən çıxdıqda, (sosial media şəbəkələrinə) girişi tənzimləmək və ya kəsmək məcburiyyətində olacaqlarını deyib:

"Biz diqqətimizi sosial media şəbəkələrindəki qadağalara cəmləməliyik. İşlər nəzarətdən çıxanda (sosial media şəbəkələrinə) girişi tənzimləmək və ya kəsmək vəziyyətində olmalıyıq”, - deyə o bildirib.

Qeyd edək ki, Paris, Marsel və Lion kimi bir çox şəhərdə keçirilən etiraz aksiyaları zamanı qarət və talan baş verib, saat 21:00-dan etibarən 10 şəhərdə komendant saatı elan edilib. 

Ayşən
OXŞAR XƏBƏRLƏR