Makron Qəzza razılaşmasını dəstəkləmək üçün Misirə səfər edəcək

Makron Qəzza razılaşmasını dəstəkləmək üçün Misirə səfər edəcək
DÜNYA
23:26 11.10.2025
275
Fransa Prezidenti Emmanuel Makron Qəzza zolağında atəşkəs sazişinin imzalanması ilə bağlı tədbirlərdə iştirak etmək üçün Misirə getməyi planlaşdırır.

Bu barədə Yelisey Sarayının bəyanatında bildirilib.

Vurğulanıb ki, Makronun səfəri sentyabrda Nyu-Yorkda Yaxın Şərq sülh konfransında irəli sürülən Fələstin üzrə Fransa-Səudiyyə təşəbbüsü ilə uyğun gəlir.

Qeyd edək ki, Qəzza zolağında atəşkəs oktyabrın 10-da qüvvəyə minib. Tərəflər arasında razılaşmaya əsasən, HƏMAS oktyabrın 13-ü səhərə qədər diri və ya ölü 48 girovu İsrailə qaytarmalıdır. Bunun müqabilində İsrail ömürlük həbsə məhkum edilmiş 250 fələstinlini və 2023-cü ilin oktyabrında hərbi əməliyyatların başlanmasından bəri saxlanılan 1 700-dən çox Qəzza sakinini azad etməlidir.
 
/report
OXŞAR XƏBƏRLƏR