Paris zirvəsində Fransa prezidenti Emmanuel Makron Rusiyanın öz iradəsi ilə özünü artıq beynəlxalq hüquqa hörmət etməyən bir vəziyyətə saldığını deyib.
AZXEBER.COM xarici mətbuata istinadala xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Ukraynaya qarşı imperiya müharibəsi aparmaqla Rusiya 21-ci əsrin müstəmləkəçi dövlətlərindən birinə çevrilib. Makron Rusiyanın Afrikada sabitliyi pozan qüvvə olduğunu müdafiə edib.
Moskvanın beynəlxalq ictimaiyyət üçün faydalı bir rol oynamadığını deyən Makron, Rusiyanın Ukraynaya qarşı imperiya müharibəsi apararaq yenidən 21-ci əsrin müstəmləkə güclərindən birinə çevrildiyini bildirib.
"Vaqner” in Mərkəzi Afrikadakı fəaliyyətlərinin xatırladan Makron, onu mülki əhalini yağmalamağa və onlara zülm etməyə gələn, Afrikada sabitliyi pozan bir qüvvə adlandırıb.
Şəbnəm