Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Ukraynadakı hərəkətlərini "qlobal hibrid müharibənin yeni növü” adlandırıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Report” TASS-a istinadən xəbər verir.
"Rusiya mahiyyətcə yeni tip qlobal hibrid müharibəyə başlayıb. Bu, biz avropalılar üçün tamamilə aydındır. Bunu Afrika qitəsi üçün deyirəm”, - E.Makron Benində keçirilən mətbuat konfransında deyib.
O hesab edir ki, Rusiya informasiya, enerji və qidadan silah kimi istifadə edir.