Makron: "Trampla danışığımız çox məhsuldar nəticələndi"

Makron: "Trampla danışığımız çox məhsuldar nəticələndi"
DÜNYA
12:42 11.09.2025
204
Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampla telefon danışığını yüksək qiymətləndirib.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Makron bu barədə "X" hesabında paylaşım edib.
 
Makronun paylaşımında bu fikirləri yazıb:

"Rusiyanın Ukraynadakı təcavüzkar müharibəsinin həyəcanverici inkişafı, xüsusən də Rusiya pilotsuz təyyarələrinin Polşaya daxil olması ilə bağlı fikir mübadiləsi apardıq. İsrailin Qətərə hücumlarından sonra Yaxın Şərqdəki vəziyyətlə bağlı narahatlığımızı da bölüşdük. Bu cəbhələrin hər birində avropalılar və amerikalılar arasında əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Biz birlikdə sülh və təhlükəsizliyə həlledici töhfə verə bilərik".
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR