Makron və Putin Ukrayna məsələsini müzakirə ediblər

Makron və Putin Ukrayna məsələsini müzakirə ediblər
SİYASƏT
19:29 12.02.2022
613
Fransa Prezidenti Emmanuel Makronla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Yelisey sarayı məlumat yayıb.

Qeyd edilir ki, telefon danışığı 1 saat 40 dəqiqə davam edib. Ölkə başçıları Ukrayna ətrafında vəziyyəti müzakirə ediblər.

"Agency France Presse” də öz növbəsində liderlərin telefon danışığında əsas müzakirə mövzusunun Rusiya-Ukrayna münasibətləri olduğunu xəbər verib.

Fransa Prezidenti Emmanuel Makron Rusiya-Ukrayna böhranında artan gərginliyi azaltmaq üçün şənbə günü rusiyalı həmkarı Vladimir Putinlə bir saat 40 dəqiqə danışıb”, - agentlik bildirib.
OXŞAR XƏBƏRLƏR