Makron və Tokayev Cənubi Qafqazı müzakirə edib

Makron və Tokayev Cənubi Qafqazı müzakirə edib
DÜNYA
19:36 23.08.2025
252
Fransa Prezidenti Emmanuel Makron Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Makron öz sosial media hesabında məlumat paylaşıb.

"Mən indicə Qazaxıstan prezidenti ilə danışdım. 2023-cü ilin noyabrında Qazaxıstana səfərimdən və Prezident Tokayevin ötən ilin noyabrında Fransaya dövlət səfərindən sonra biz xüsusilə nəqliyyat və enerji sahələrində strateji tərəfdaşlığımızı gücləndirməyi müzakirə etdik”, – Fransa Prezidenti bildirib.

Onun sözlərinə görə, telefon danışığı zamanı beynəlxalq vəziyyət də diqqət mərkəzində olub:

"Biz Rusiyanın Ukraynadakı müharibəsi və Cənubi Qafqazda davam edən danışıqları müzakirə etdik”, – Makron qeyd edib.
OXŞAR XƏBƏRLƏR