Makron və Zelenski yenidən Trampla görüşəcək

Makron və Zelenski yenidən Trampla görüşəcək
DÜNYA
13:57 04.09.2025
197
Fransa Prezidenti Emmanuel Makron, Ukrayna Prezidenti Volodimir Zelenski və bir sıra digər dünya liderləri bu həftə ABŞ Prezidenti Donald Trampla görüşə bilər.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bunu Emmanuel Makron Ukrayna Prezidenti Volodimir Zelenskiylə birgə mətbuata açıqlama verərkən deyib.
 
O bildirib ki, avropalılar Kiyev və Moskva arasında sülh sazişi imzalanan gün Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdırlar.
  
"Ukraynanın və ukraynalıların təhlükəsizliyi bizim təhlükəsizliyimizdir və Avropanın təhlükəsizliyidir. Rusiyanın sülh məsələsində səmimi olub-olmadığını zaman göstərəcək" - deyə Makron qeyd edib.
 
Zelenski isə Rusiyadan mümkün sülhlə bağlı heç bir siqnalın alınmadığını bildirib.
 
O deyib ki, Avropa İttifaqı (Aİ) həll yolu üçün Rusiyaya diplomatik təzyiqini artırmalıdır.
  
Mikayıl
OXŞAR XƏBƏRLƏR