Fransa Prezidenti Emmanuel Makronun ölkəni xilas etmək üçün yalnız bir şansı qalıb.
Bu fikri etirazlar zamanı mağazalarına ziyan dəyən iş adamı Mişel Tebul "Fox News Digital"a verdiyi müsahibədə bildirib.
"Ya o (Emmanuel Makron, - red.) ölkəni xilas edəcək, ya da Fransa üçün hər şey itiriləcək", - deyə o bildirib.
İş adamının sözlərinə görə, ötən həftə iğtişaşlara və talanlara çevrilən kütləvi etirazlar Fransa üçün "kritik bir sınaq"a çevrilib. Tebul əlavə edib ki, onun beş pərakəndə satış məntəqəsi talan edilib.
O, xəbərdarlıq edib ki, bəzi mağaza sahibləri yeni etirazlar gözləyərək artıq silah alıblar və hakimiyyətdən kifayət qədər qorunma gözləmədikləri üçün əmlaklarını özləri müdafiə etməyə hazırlaşırlar.
///unikal///











































