Fransa prezidenti Emmanuel Makron hökumətə ölkədə asayişi bərpa etmək üçün tapşırıq verib.
AZXEBER.COM xəbər verir ki, buna görə Marseldə zirehli texnikalar küçəyə enib.
Nanterre şəhərində 17 yaşlı Nael M-nin polis tərəfindən öldürülməsinə etiraz edən gənclər hər gecə küçələrə çıxır.
Fransa mətbuatında yer alan xəbərə görə, prezident Emmanuel Makron Yelisey sarayında baş nazir Elizabet Borne və daxili işlər naziri Cerald Darmanin ilə ölkədəki vəziyyəti müzakirə edib.
İclasda Makron nazirlərə ölkədə asayişin və sakitliyin bərpası üçün hər şeyi etməyi tapşırıb, eyni zamanda Fransada baş verənləri anlamaq üçün uzunmüddətli araşdırmaya başlamağı xahiş edib.
Etirazların yenidən alovlanacağı təqdirdə hüquq-mühafizə orqanları Marsel şəhərinin mərkəzinə zirehli texnikalar yerləşdirib.
Ötən gecələr etirazların gərgin keçdiyi Lion şəhərində bu gün axşam saatlarında xüsusi təyinatlı polis qrupları xidmətdədir.
Ayşən