“Makronun dişlərini sökəcəyik” – “Vaqner”in lideri

“Makronun dişlərini sökəcəyik” – “Vaqner”in lideri
DÜNYA
16:10 11.05.2023
251
Rusiyanın "Vaqner” qrupunun lideri Yevgeni Priqojin Fransa parlamentinin "Vaqner”i terror təşkilatı elan etməsinə reaksiya verib.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Rusiyanın "Vaqner” qrupunun lideri Yevgeni Priqojin Fransa prezidenti Emmanuel Makronu hədələyib.
 
Fransa parlamentinin Vaqneri terror təşkilatı elan etməsindən danışan Priqojin "Vaqner”in Mərkəzi Afrikadakı insanları fransız əsgərlərinin əlindən xilas etdiyini bildirib. Priqojin Makron və "Vaqner” haqqında pis danışan hər kəsin dişlərini sökəcəklərini deyib.

Qeyd edək ki, ötən günlərdə Fransa parlamenti Avropa İttifaqını "Vaqner”i terror təşkilatları siyahısına əlavə etməyə çağırıb və qrupun Avropadakı maliyyə fəaliyyətinin məhv edilməsini tələb ediblər.

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR