Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun cinsiyyəti ilə bağlı iddialar səsləndirən sosial media fenomeni Candace Ouens məhkəməyə verilib.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, sosial şəbəkələrdə Bricit Makronun kişi doğulduğunu deyən ABŞ vətəndaşı Ouensə qarşı Delaver Ştat Məhkəməsində diffamasiya iddiası qaldırılıb.
Məhkəməyə təqdim edilən 219 səhifəlik iddiada Ouensin onlayn platformalarda irəli sürdüyü bu iddiaları faktla sübuta yetirməsi istənilib.
Makron ailəsinin vəkilləri açıqlamasında bildiriblər ki, Ouens iddiaları təkzib edən bütün etibarlı sübutları görməzliyə vurub və bu iddiaları şəxsi platformalarında ictimailəşdirib.