Fransanın paytaxtında yerləşən Yelisey Sarayına zərfin içində kəsilmiş insan barmağı göndərilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, məlumat Fransa mətbuatında dərc olunub. Qeyd olunur ki, zərf saraya iyulun 9-10-da daxil olub.
Barmaq Yelisey Sarayının təhlükəsizliyini təmin edən polislərin yeməklərini saxladıqları soyuducuya yerləşdirilib. Barmağın aid olduğu şəxsin kimliyi müəyyən edilib.
Makronun ofisi hadisə ilə bağlı açıqlama verməsə də, vəziyyətin səbəbi barədə daha dəqiq məlumat verilməyib.
Digər tərəfdən Fransada pensiya yaşının artırılması ilə bağlı son qanun və 17 yaşlı Əlcəzair əsilli Nahelin polis tərəfindən öldürülməsi ilə başlayan kütləvi etirazlar səbəbindən prezident Emmanuel Makronun iqamətgahına barmağı kəsilmiş qutu göndərildiyi iddia edilir.
Ayşən