Makronun məkri - Fransanın Azərbaycan əleyhinə qətnaməsinə qəti mövqe

Makronun məkri - Fransanın Azərbaycan əleyhinə qətnaməsinə qəti mövqe
SİYASƏT
19:39 01.12.2022
524
Xəbər verdiyimiz kimi, noyabrın 30-da Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) "Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən yalan və iftira dolu qətnamə qəbul edilib. 
 
Milli Assambleyanın 256 deputatı qətnamənin lehinə səs verib. Bu qətnamə prinsip etibarilə bir müddət əvvəl Senatda qəbul edilmiş qətnamə kimi Fransanın Azərbaycana qarşı növbəti təxribatıdır.
 
Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlamasında politoloq Turan Rzayev bildirib ki, bu qətnamə Fransanın Azərbaycana qarşı növbəti təxribatıdır.
 
"Qətnamə layihəsinin həmmüəllifləri "Renessans” partiyasından olan deputatlar olub. "Renessans” partiyası əslində Fransa Prezidenti Emmanuel Makron tərəfindən qurulan "İrəli, Republika" (LREM) partiyasıdır. Bu ilin sentyabr ayında partıya rəsmi olaraq adını "Renessans" olaraq dəyişib. Ümumiyyətlə, Makron partiyanın adını təkcə "Renessans" etməklə kifayətlənmədi, həm də klassik üslubda bir partiyaya çevirdi. Çünki "İrəli, Republika” partiyası həm sağı, həm də solçuları birləşdirən transpartiyalı siyasi hərəkat idi. Qətnamə layihəsinin həmmüəlliflərinin  "Renessans” partiyasından olan deputatlar olduğunu nəzər alsaq demək olar ki, bu qətnamənin müəllifi birbaşa Fransa Prezidenti Emmanuel Makrondur".
 
Siyasi şərhçi deyib ki, Nikol Paşinyan Azərbaycanla görüşə yalnız Fransa Prezidenti Makronun iştirak edəcəyi təqdirdə razıdır.
 
"Fransa Prezidenti Emmanuel Makron Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə "iştirak etmək” istəyir. Bunu bir neçə gün öncə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ofisindən Prezidentin köməkçisi Hikmət Hacıyevə gələn zəng də təsdiqləyir. Belə ki, həmin zəngdə bildirilib ki, Nikol Paşinyan görüşə yalnız Fransa Prezidenti Makronun iştirak edəcəyi təqdirdə razıdır. Noyabrın 25-də Bakıda, ADA Universitetində "Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyev isə açıqca şəkildə bildirdi ki, "şərtli” görüşdən imtina edir. Prezident həm də onu qeyd etdi ki, 7 dekabr görüşü baş tutmayacaq və biz digər alternativləri nəzərdən keçirəcəyik. Görünür bundan öncə Prezident İlham Əliyev regiona heç bir aidiyyəti olmamasına baxmayaraq, görüşdə iştirakına razılıq verməsi Makronu cəsarətləndirdiyi kimi indi də qəzəbləndirib. Makron məlum qətnamə ilə regionda sülh və əmin-amanlığın bərqərar olması səylərinə xələl gətirməyə çalışır. O bu yolla regionda Fransanın iştirakı olmadan sülhün bərqərar olmayacağı mesajını verməyə çalışır. Ümumiyyətlə Emmanuel Makronun Azərbaycan əleyhinə tutduğu mövqe onun heç bir halda vasitəçi ola bilməyəcəyini sübut edir. Bu həm də Azərbaycan Prezidentinin "bir görüşdə iki bacı ilə” üz-üzə oturmayacağıq mesajının doğruluğunu göstərir".
 
Politoloq hesab edir ki, rəsmi Bakı Fransanın yalan və iftira dolu qətnaməsinə cavab verməlidir:
 
"Noyabrın 30-da Fransa parlamentinin aşağı palatasında qəbul edilən yalan və iftira dolu qətnaməyə rəsmi Bakı səssiz qalmamalı və mütləq cavab verməlidir:
 
Birincisi, Fransa ilə siyasi əlaqələrə yenidən nəzər keçirilməli Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva məsləhətləşmək üçün Bakıya çağırılmalıdır. Bundan başqa Fransanın ölkəmizdəki səfəri XİN çağırılıb nota təqdim edilməlidir.
 
İkincisi, Azərbaycan Fransanın Əlcəzairdə törətdiyi soyqırım aktlarını rəsmi olaraq tanımalıdır.
 
Üçüncüsü, Fransa tez-tez ermənilərə "status” tələbi ilə çıxış edərək faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etdiyi kimi daxili işlərinə də qarışır. Rəsmi Bakı bunu əsas gətirərək Korsikada baş verən iğtişaşlara və adanın müstəqillik hərəkatına siyasi dəstək verə, habelə Yeni Kaledoniyanın müstəqilliyini tanıya bilər".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Niderland səfirliyi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
11:43 18.10.2025
Niderland səfirliyi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb - FOTOLAR
11:32 18.10.2025
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb - FOTOLAR
Azərbaycan Prezidenti Xəzər dənizini xilas etmək üçün Xəzəryanı ölkələri birgə tədbirlərə çağırıb
11:24 18.10.2025
Azərbaycan Prezidenti Xəzər dənizini xilas etmək üçün Xəzəryanı ölkələri birgə tədbirlərə çağırıb
Başqırtıstanda zavodda partlayış olub, 3 nəfər ölüb
11:20 18.10.2025
Başqırtıstanda zavodda partlayış olub, 3 nəfər ölüb
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
11:19 18.10.2025
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Elçinin oğlunun əsərləri Luvr muzeyində sərgiləndi - FOTOLAR
11:12 18.10.2025
Elçinin oğlunun əsərləri Luvr muzeyində sərgiləndi - FOTOLAR
Tramp Ukrayna münaqişəsinin yeni həll yolunu təklif etdi
10:54 18.10.2025
Tramp Ukrayna münaqişəsinin yeni həll yolunu təklif etdi
HAMAS keçid mərhələsində Qəzzada nəzarəti saxlamaq niyyətindədir
10:52 18.10.2025
HAMAS keçid mərhələsində Qəzzada nəzarəti saxlamaq niyyətindədir
O da atası kimi adını villasına həkk etdirib - FOTO
10:49 18.10.2025
O da atası kimi adını villasına həkk etdirib - FOTO
Hikmət Hacıyev: Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir
10:44 18.10.2025
Hikmət Hacıyev: Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir
Maştağada kişi bıçaqlandı - Şübhəli tanışıdır
10:40 18.10.2025
Maştağada kişi bıçaqlandı - Şübhəli tanışıdır
Dövlət başçısı: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına sərmayələri 225 milyon dollara çatıb
10:37 18.10.2025
Dövlət başçısı: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına sərmayələri 225 milyon dollara çatıb
Belinə bıçaq taxıb küçədə gəzən şəxs həbs edildi
10:30 18.10.2025
Belinə bıçaq taxıb küçədə gəzən şəxs həbs edildi
Yol polisi sürücülərə müraciət edib
10:26 18.10.2025
Yol polisi sürücülərə müraciət edib
 İlham Əliyev: Qazaxıstanla siyasi münasibətlərimiz yüksək möhkəmliyə malikdir
10:24 18.10.2025
İlham Əliyev: Qazaxıstanla siyasi münasibətlərimiz yüksək möhkəmliyə malikdir
Azərbaycan lideri: Bu gün Xəzər dənizi təəssüf ki, bir sıra ciddi ekoloji problemlərlə üzləşir
10:21 18.10.2025
Azərbaycan lideri: Bu gün Xəzər dənizi təəssüf ki, bir sıra ciddi ekoloji problemlərlə üzləşir