Maksim Medvedev karyerasını başa vurdu

İDMAN
20:34 02.06.2024
202

"Qarabağ"ın futbolçusu Maksim Medvedev karyerasını başa vurub.

Bu barədə "köhlən atlar"ın "Zirə"yə qarşı keçirdiyi Azərbaycan Kubokunun final oyununda məlumat verilib.

"Qarabağ"ın prezidenti Tahir Gözəl bu münasibətlə M.Medvedevə üzərində 552 (futbolçunun keçirdiyi oyun sayı) yazılmış forma hədiyyə edib.

Qeyd edək ki, 34 yaşlı futbolçu 2006-cı ildə Ağdam təmsilçisinin əsas komandasında debüt edib. O, 2009-cu ildən Azərbaycan millisinin formasını geyinib.

OXŞAR XƏBƏRLƏR