Maksim Medvedev zədələndi

Maksim Medvedev zədələndi
İDMAN
22:26 27.07.2022
380
"Qarabağ"ın kapitanı Maksim Medvedev zədələnib.

AZXEBER.COM xəbər verir ki, 33 yaşlı müdafiəçi İsveçrədə "Sürix"ə qarşı keçirdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda sıradan çıxıb.

Medvedevin yerinə 90-cı dəqiqədə meydana Bəhlul Mustafazadə daxil olub.

Qeyd edək ki, hazırda qarşılaşmada hesab bərabərdir - 1:1. Azərbaycan çempionu Bakıdakı ilk matçda rəqibini 3:2 hesabı ilə üstələyib.
OXŞAR XƏBƏRLƏR