Mal-qara otaran azyaşlı çayda boğuldu

Mal-qara otaran azyaşlı çayda boğuldu
SOSİAL
12:14 02.01.2018
1128
Hacıqabul rayonunda mal-qara otaran azyaşlı çaya yıxılaraq boğulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, yanvarın 1-də Hacıqabul rayonunun Birinci Paşalı kənd sakini, azyaşlı Xəyyam Teymurov Pirsaat çayının sahilində mal-qara otararkən ehtiyatsızlıqdan çaya yıxılaraq boğulub.

Onun meyiti sudan çıxarılıb.

OXŞAR XƏBƏRLƏR