Ötən gün Türkiyənin Malatya şəhərində azərbaycanlı tələbələr tərəfindən ‘Heydər Əliyev və bu günkü Azərbaycan’ adlı konfrans keçirilib.
Tədbirin təşkilatçılarından olan Araz Hüseynovun AZXEBER.COM-a verdiyi məlumata görə, ilk növbədə ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün gördüyü uğurlu işlərlə bağlı konfrans iştirakçılarına geniş məlumatlar verilib:
“Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin bir neçə aspektinə diqqət yetirməklə onun Azərbaycan dövlətçiliyinin inkişafına, ölkənin milli maraqlarının müdafiəsinə və iqtisadiyyatın inkişaf etdirilməsinə nə kimi töhfələr verdiyini görmək olar. İlk növbədə Prezident İlham Əliyev ulu öndərin başladığı yeni neft strategiyasını uğurla davam etdirdi. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tblisi-Ərzurum neft qaz kəmərlərinin inşasının başa çatdırılması ilə cənab İlham Əliyev Azərbaycanın bölgədəki lider mövqeyini daha da möhkəmləndirdi. Başa çatmaqda olan Bakı-Tbilisi-Qars layihəsi isə regionun lider dövləti olan Azərbaycanın xarici maddi və mənəvi dəstək olmadan belə iri maliyyə tutumlu layihələrin reallaşdırılmasına qadir olduğunu göstərdi. Bütün bunlar həm də Azərbaycanın iqtisadi müstəqilliyini bütün dünyaya nümayiş etdirdi”.
Konfransda Malatya Universitetində oxuyan digər azərbaycanlı tələbələr – Ramal Şəmşədli, Elxan Abdülbəyli, Səbuhi Məmmədov, Nihat Həsənli, Mürşüd Əzimov çıxış ediblər.
Konfransa sözügedən universitetin müəllim və professor heyəti də öz çıxışlarını edib və Heydər Əliyevin Azərbaycan siyasətindəki rolunu yüksək qiymətləndiriblər.
![](/file/pic/xeber/2013-12-05/78581.jpg)
![](/file/pic/xeber/2013-12-05/78583.jpg)
![](/file/pic/xeber/2013-12-05/78586.jpg)
![](/file/pic/xeber/2013-12-05/78588.jpg)
![](/file/pic/xeber/2013-12-05/78589.jpg)
![](/file/pic/xeber/2013-12-05/78590.jpg)
![](/file/pic/xeber/2013-12-05/78591.jpg)
![](/file/pic/xeber/2013-12-05/78592.jpg)
![](/file/pic/xeber/2013-12-05/78593.jpg)