Keçən il fevralın 6-da mərkəzi Kahramanmaraşda baş verən zəlzələlərin dağıntılara səbəb olduğu Malatyada tamamlanan evlər sahiblərinə təslim ediləcək.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Malatya Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərin təsirinə məruz qalan digər əyalətdir.
Zəlzələlər nəticəsində evləri dağılmış və ya ciddi ziyan çəkən fəlakət qurbanlarının sığınacaq ehtiyaclarını qarşılamaq üçün səylər davam etdirilir.
Malatyanın mərkəz və rayonlarında evlər mərhələli şəkildə tikilir.
Ayşən