Rusiyalı tanınmış aparıcı Andrey Malaxov uzun zamandır çalışdığı "Birinci Kanal"la yollarını ayırıb.
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, aparıcı ilə "Qoy danışsınlar” tok-şousunun rəhbərliyi arasında münaqişəyə səbəb rəhbərliyin Malaxovun məzuniyyətə çıxmasına icazə verməməsi olub.
Andrey Malaxovun həyat yoldaşı Natalya Şkuleva yaxın günlərdə ana olacaq.
Teleaparıcı həyat yoldaşına ilk övladına baxmağa kömək etmək üçün atalıq məzuniyyətinə getməyə qərar versə də, rəhbərlik onunla razılaşmayıb.
Məlumata görə Andrey Malaxov "Birinci Kanal"la yolarını ayıraraq başqa bir kanalla razılaşıb.
O, bir müddət sonra yeni veriliş ilə həmin kanalda efirə çıxacaq.
Aysel