Malayziyada qaz kəmərində yanğın - Xəsarət alanlar var

Malayziyada qaz kəmərində yanğın -  Xəsarət alanlar var
DÜNYA
13:56 01.04.2025
251
Malayziyanın paytaxtı Kuala-Lumpurda təbii qaz boru kəmərinin sızması yanğına səbəb olub.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Malayziyanın paytaxtı Kuala-Lumpurda təbii qaz boru kəmərinin sızması nəticəsində baş verən yanğın nəticəsində 112 nəfər xəsarət alıb, 47 evə ziyan dəyib.

Yerli KİV-lər səhər saatlarında qaz sızması səbəbindən boru kəmərində başlayan alovun 500 metr hündürlüyə çatdığını və bir neçə kilometr uzaqdan göründüyünü bildirib.

Yanğınsöndürmə qruplarının hadisə yerində müdaxiləsini davam etdirdiyi bildirilib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR