Malayziyada radarlardan itmiş hərbi təyyarə qəzaya uğrayıb

Malayziyada radarlardan itmiş hərbi təyyarə qəzaya uğrayıb
SOSİAL
21:10 15.06.2017
1550
Malayziyada radarlardan itmiş Kral Hava Qüvvələrinə məxsus hərbi təyyarə qəzaya uğrayıb. Bu barədə "Straits Times" nəşri məlumat yayıb.
 
AZXEBER.COM xəbər verir ki, "Hawk-108" qırıcısı Kuantan aviabazasından 51 kilometr kənarda qəzaya uğrayıb. Təyyarənin hər iki heyət üzvü həlak olub.
 
Əvvəlki məlumatlarda bildirilirdi ki, təyyarə aviabazadan havaya qalxdıqdan 30 dəqiqə sonra Pahanq və Terenqqanu ştatlarının sərhədində onunla əlaqə kəsilib.
 
azertac.az
OXŞAR XƏBƏRLƏR