Malaziyada peyvənd olunanlara yeni imkanlar tanınmağa başlandı

Malaziyada peyvənd olunanlara yeni imkanlar tanınmağa başlandı
DÜNYA
13:17 09.08.2021
512

Malayziyada peyvənd olunanlar üçün bəzi qadağalar yüngülləşdirilib.

AZXEBER.COM xəbər verir ki,Malazyanın Baş naziri Muhyiddin Yasin xalqa müraciət edərək iki dozada Covid-19 peyvəndi olunanlara veriləcək imkanların təfərrüatlarını izah edib.

Baş nazir ölkə daxilində peyvəndi tamamlananların məscidlərə və digər ibadət yerlərinə girə biləcəyini söyləyib. Həmçinin xaricdə yaşamaq icazəsi olan Malayziya vətəndaşlarının və xarici vətəndaşların ölkəyə girişinin də daha asan olacağını ifadə edib.

Muhyiddin, kütləvi tədbirlərin qadağasının paytaxt Kuala Lumpur və Selangorda davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, indiyə qədər Malayziyada Covid-19 səbəbindən həyatını itirənlərin sayı 10 min 749-a çatıb.

Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR