Malidə avtomobil yolunda əldəqayırma bombanın partlaması nəticəsində BMT-nin bu ölkədəki missiyasının yeddi sülhməramlısı həlak olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə missiyanın tvitter səhifəsində məlumat paylaşılıb.
Bildirilib ki, daha üç nəfər ağır yaralanıb.
Hadisənin təfərrüatları barədə məlumat verilməyib.