Malidə partlayış törədildi, sülhməramlılar yaralandı

Malidə partlayış törədildi, sülhməramlılar yaralandı
DÜNYA
02:34 15.12.2021
326
BMT-nin Malidəki missiyasının iki sülhməramlısı əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində yaralanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə çərşənbə axşamı keçirdiyi brifinqdə Təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Cüarrik məlumat verib. Yaralılar xəstəxanalara yerləşdiriliblər.
 
"BMT-nin Malidəki missiyası bu gün əldəqayırma qurğunun partlaması nəticəsində sülhməramlılardan ibarət patrul maşının partladıldığı barədə məlumat verib. İlkin məlumatlara görə, iki sülhməramlı yaralanıb və onlar BMT xəstəxanasına göndərilib”, - Cüarrik deyib.
OXŞAR XƏBƏRLƏR