Malik Həsənov cəlilabadlıların qorxusundan rayona ayaq basa bilmir – SƏBƏBİ

SİYASƏT
18:30 12.10.2015
3589

Deputatlıqdan hər zaman "2" alan Malik Həsənovun fəaliyyətsizliyi Kərəm Həsənovu da qəzəbləndirib. 

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, “AZINKO-Holdinq”in prezidenti, 67 saylı Cəlilabad şəhər seçki dairəsindən namizədliyini irəli sürən Malik Həsənov seçki təşviqatı dönəmində rayona getməməyi qərara alıb.

AZXEBER.COM xəbər verir ki, YAP-ın bu dəfəki seçki siyahısına son anda Kərəm Həsənovun zamin duraraq adını siyahıya saldırdığı Malik Həsənov Cəlilabada gedə bilmir.

Cəlilabad şəhərindən olan bir qrup seçicinin portalıma verdiyi məlumata görə, M.Həsənov bundan öncə seçki təşviqatı dönəmlərində bir qrup cəlilabadlını “AZINKO-Holdinq”ə işə düzəltmiş və onları müəyyən dərəcədə razı salmışdı. Ancaq seçkilərdən sonra rayonun yolunu unudan və camaatın problemlərini başçının ümidinə buraxan deputat bu dəfə cəlilabadlıların qəzəbi ilə qarşılanıb. Belə ki, deputatın rayondakı köməkçiləri icra hakimiyyətinin adamlarından başqa özlərinə dəstək olan bir nəfər cəlilabadlını belə tapa bilmirlər.

Rayona gedəcəyi təqdirdə oradakı seçicilərin qəzəbinə düçar olmaqdan çəkinən M.Həsənov təşviqat dönəmində bütün işləri köməkçilərinə tapşırıb və yalnız başçı ilə birlikdə razılaşdırımış şəkildə qapalı zallarda keçiriləcək tədbirlərdə iştirak edəcəyini deyib.

Siyasi çevrədən portalımıza daxil olan bir digər məlumata görə isə, Kərəm Həsənov qardaşının fəaliyyətsizliyinin qarşısında onunla dəfələrlə mübahisə edib. Hətda qardaşların bir-biriləri ilə aralarında hazırda soyuq münasibət olduğu da deyilir.

OXŞAR XƏBƏRLƏR