Malinin paytaxtında silahlı atışma

DÜNYA
14:27 17.09.2024
107
Malinin paytaxtı Bamakonun müxtəlif yerlərində atəş səsləri eşidilib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, səhər saatlarında paytaxtın müxtəlif yerlərində atəş və partlayış səsləri eşidilib. Hadisə baş verən əraziyə heç kim buraxılmır.  Bəzi mənbələr ərazidəki hərbi hissədə ayaqlanama olduğunu desədə təhlükəsizlik orqanları təqzib edib.

Ölən və yaralananlar barədə məlumat verilmir. 

Qeyd edək ki, Malidə 2020 və 2021-ci illərdə də  ardıcıl hərbi çevrilişlər baş verib. Assimi Qoita hakimiyyətə gəldikdən sora ilk dəfədir ki, ölkədə belə xaos yaranıb.
OXŞAR XƏBƏRLƏR