“Maliyyə yardımı xəbərini Azərbaycanın hansısa müxalifət saytı yazsaydı...” - İlham Əliyev

“Maliyyə yardımı xəbərini Azərbaycanın hansısa müxalifət saytı yazsaydı...” - İlham Əliyev
SİYASƏT
03:51 30.01.2016
3260

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Azərbaycanın xarici maliyyə qurumlarından yardım istəməsi ilə bağlı son günlərdə xarici mətbuatda gedən yazıların yalan olduğunu bildirib.

AZXEBER.COM-un Trend-ə istinadən məlumatına görə, dövlət başçısı mötəbər mətbu orqanların yalan kampaniyaya qoşulduqlarını deyib:

“Dünyada böhran yaşandığı indiki vəziyyətdə neft hasil edən ölkələr müəyyən çətinliklərlə üzləşiblər. Yenə də xarici mətbuatı izləyərkən görürəm ki, anti-Azərbaycan qüvvələr necə də sevinirlər və uydurmalar yayırlar. Xüsusilə, bu yaxınlarda “Financial Times” qəzeti iki, ya üç məqalə dərc etmişdi. Tamamilə cəfəng mövzuda olan yazılar ki, guya Azərbaycan beynəlxalq maliyyə qurumlarından yardım istəmişdir. Birincisi, bu, yalandır. Biz heç kimdən yardım istəməmişik. Buna ehtiyac yoxdur. Bizim maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir. İkincisi, bu yalan məlumatı əgər Azərbaycanın hər hansı bir müxalifət saytı yazsa idi, buna biz heç fikir verməzdik, təəccüb etməzdik. Amma mötəbər, beynəlxalq aləmdə nüfuzlu mətbu orqan belə yalanları dərc edəndə, əlbəttə ki, sual yaranır: Nə üçün? Yəni, bu məsələni yoxlamaq üçün imkanınızmı olmamışdır? Yəni, bu, bizə qarşı növbəti bir kampaniyadır ki, göstərsinlər, Azərbaycanda hər hansı bir çətin vəziyyət yaranıbdır. Heç bir çətin vəziyyət yoxdur. Bizim maliyyə göstəricilərimiz dünya miqyasında ən yüksək səviyyədədir – istər xarici borc olsun, istər valyuta ehtiyatları, istərsə də iqtisadi inkişaf olsun”.

İlham Əliyev deyib ki,Azərbaycanda kütləvi etirazların baş verməsi ilə bağlı Qərb mətbuatı yalan məlumatlar yayır:

“İndi sual olunur - bir gün əgər 100, ya 150 nəfər hər hansı bir etiraz edibsə, bu, nə dərəcədə kütləvi etiraz sayıla bilər? Ermənistanda prezident seçkilərində saxtakarlığa görə müxalifət aylarla meydanlarda idi, polis onlara zor tətbiq edirdi, su ilə, qaz ilə onları dağıdırdı. Onlar meydanda kiçik çadırlar qurmuşdular. Bir dənə də olsun xarici mətbu orqan bunu işıqlandırmamışdır. Ondan sonra Ermənistanda “Elektromaydan” hadisəsi baş verdi. Aylarla insanlar meydanları zəbt etmişdilər. Bir dənə də olsun Qərb mətbuatında bu barədə heç bir məlumat getməmişdir. Yəni, bunu görmürsünüzmü? Azərbaycanda bir gün 150 nəfər unun bahalaşmasına görə etiraz edəndə bunu bunlar hər gün, necə deyərlər, çeynəyirlər və təqdim etmək istəyirlər ki, Azərbaycanda bax, vəziyyət belədir. Bu, nəyi göstərir? Yenə də bizə qarşı qərəzli mövqeyi. Anti-Azərbaycan qüvvələr, bizim inkişafımızı istəməyən, son illər ərzində inkişafımıza paxıllıq edənlər hesab edirlər ki, bax, indi bunlar nə isə əldə edə biləcəklər. Heç bir şey əldə edə bilməyəcəklər. Azərbaycan inamla inkişaf edir. Bizim iqtisadi inkişafımız son illər ərzində dünya miqyasında ən sürətli idi. Görüləcək işlər və aparılacaq dərin islahatlar nəticəsində biz tamamilə neft amilindən asılılığı kənara qoyacağıq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
22:49 14.03.2026
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər