Malta Fələstin dövlətini tanıyacaq - Bu tarixdə

Malta Fələstin dövlətini tanıyacaq - Bu tarixdə
DÜNYA
14:05 30.07.2025
227
Maltanın baş naziri Robert Abela sentyabrda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası zamanı ölkəsinin Fələstin Dövlətini rəsmən tanıyacağını açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Abela bu açıqlamanı Böyük Britaniyanın Baş naziri Keir Starmerin oxşar addım atmasından bir neçə saat sonra və Fransanın tanınma planlarını elan etməsindən bir neçə gün sonra deyib.

Baş nazir Abela sosial şəbəkədəki paylaşımında, "Bu mövqe Yaxın Şərqdə davamlı sülh səylərinə sadiqliyimizi əks etdirir" deyib.

Ada ölkəsi uzun müddətdir ki, Fələstin məsələsini dəstəkləyir və iki dövlətli həll istiqamətində səyləri dəstəkləyir.

İyulun ortalarında sağ mərkəzçi müxalifət də hökuməti Fələstini dərhal tanımağa çağırıb.

Qeyd edək ki, may ayında İrlandiya, Norveç və İspaniya da Fələstini müstəqil dövlət kimi tanıyıb.
 
Gülay
 

OXŞAR XƏBƏRLƏR